15 İyul 2021 15:48
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə ABŞ-da narkotiklərdən artıq doza qəbula görə ölüm nisbəti 30%-ə yaxın artıb. Bu, indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

Teleqraf.com xəbər verir ki, məlumat ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alma Mərkəzi və Milli Səhiyyə Statistikaları Mərkəzi tərəfindən yayımlanıb.

Açıqlamaya görə, ötən il 93 mindən çox insan həddən artıq dərman dozasından ölüb. 2019-cu ildə narkotikdən ölənlərin sayı 72 min 151 nəfər olub.

Sintetik opioidlərdən və metamfetamin kimi psixostimulyatorlardan qaynaqlanan artıq doza ölümləri ilə yanaşı, bu dövrdə kokain ölümləri də artıb.

Milli Narkomaniya İnstitutunun (NIDA) direktoru Nora Volkov bildirib ki, göstərici 12 aylıq dövrdə indiyədək qeydə alınan ən yüksək dozada ölümdür və 1999-cu ildən bəri ən böyük artımdır: “Bu məlumatlar heyrətləndiricidir. COVID-19 pandemiyası Amerikada dağıdıcı sağlamlıq böhranlarının toqquşmasına səbəb oldu”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər