21 İyul 2021 16:43
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf etdim, çox-çox təəssüf etdim. İndicə ölkəmizin tanınmış ziyalılarından birinin son günlər gündəmdə olan dünyada telefon danışıqlarının dinlənməsi məsələsinə dair lirik bir yazısını oxudum. Onun fikirlərinə təəssüf etdim. Bir xalqı kitab oxuyan adlandırır, xalqımızın isə olan-olmayan qüsurlarını axtarır, tariximizin ağrılı səhifələrindən kədər gətirən bəzi məqamları sadalayır. Həmin dövrlərin mütərəqqi və fəxr edilən səhiflərini isə yada salmır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, birincisi, vətəndaşın qanuna zidd olaraq telefon danışığının dinlənilməsi yolverilməzdir və buna heç bir halda haqq qazandırmaq olmaz: “Eyni zamanda bu xaricdən baş verirsə, artıq dövlətçiliyə ciddi təhdiddir. Bu məsələ diqqətdən kənarda qala bilməz.

O ki qaldı ziyalımızın sadaladığı hallara, onlar müstəqil dövlətçiliyimizin olmaması səbəbindən baş verirdi. Cəmiyyətin maariflənməsində, ziyalı təbəqəsinin mövcud olmasında hakimiyyət maraqlı deyildi. Cəmiyyət isə öz daxili potensialı hesabına ayaq üstə idi. Mümkün olanlar içərisində Mirzə Kazım bəyi, Mirzə Fətəli Axundovu, Xurşidbanu Natəvanı, Həsən bəy Zərdabini yetişdirdi”.

Millət vəkili sadalayıb ki, təhsil almasalar da Bakının neft milyonerlər xalqımızın inkişafı üçün maksimum işlər gördülər: “Elə Hacı Zeynalabdin Tağıyev əzəməti hər şeyə dəyər. Məhz kitab oxuyan və cəmiyyətə işıq gətirən təbəqənin olması səbəbindən böyük bir qrup ziyalılar dünya gündəminə qızıl hərflərlə müstəqillik tariximizi yazdılar.

Xalqımızın fəxr ediləsi kifayət qədər müsbət işləri var. Məhz milli potensialımız zaman-zaman problemlərimizi həll etdi. İki yüz illik Qarabağ problemi öz həllini tapdı. Bu xalqın kitab yazanları da, kitab oxuyanları da var”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər