Vətən müharibəsi dövründə terrordan əziyyət çəkmiş mülki əhaliyə bilavasitə və onlayn xidmət göstərilib.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Psixososial dəstək fəaliyyətləri üzrə uzmanı Nərmin Osmanlı TƏBİB-in keçirdiyi "Medianın psixi sağlamlıqda rolu" adlı təlimində deyib.
O qeyd edib ki, Gəncədə 189, Bərdədə 265, Tovuzda 156 nəfərə psixoloji yardım göstərilib. 143 terror qurbanına isə daimi psixoloji xidmət göstərilməkdədir.
Nərmin Osmanlı qeyd edib ki, Regional Psixoloji Dəstək Mərkəzlərində 4 ay ərzində 354 şəhid ailəsinə, 686 hərbiçi, 156 terror qurbanına psixoloji xidmət göstərilib.
Nərmin Osmanlı əlavə edib ki, hazırda TƏBİB-in Çağrı mərkəzinin yaradılması istiqamətində ciddi işlər gedir: "1542 Psixoloji Dəstək Xətti vasitəsilə pandemiya dövründə 1 122 şəxsə cavab verilib. Bunlardan 459-u koronavirus xəstələri olub. Karantin dövründə əsəb, təşviş və həyəcan hissi ilə bağlı müraciətlər üstünlük təşkil edib. Bundan başqa ölkə üzrə 1 007 tibb işçisinə psixoloji dəstək göstərilib".