Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi "Səhnədən səngərə" layihəsinin yeddinci buraxılışını təqdim edir.
Teleqrf.com-un məlumatına görə, 44 günlük Vətən müharibəsi dövründə səngərə yollanıb, qəhrəmancasına şəhid olan Alim İbrahimovun ən böyük arzusu bütöv Azərbaycanda yaşamaq idi.
Hələ aylar öncə qardaşının doğulacaq övladına ad verib, hədiyyəsini alan Alimin Səma adlı körpə qardaşı qızı bu gün Azad Azərbaycanın vətəndaşıdır.
Bu gün ana torpağa əmanət etdiyimiz Alim kimi çinarlara bənzəməyə can atan minlərlə körpə fidan böyüdürük.