31 İyul 2021 20:26
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 86 790 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 276, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 514 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 972 362, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 880 131, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 092 231 təşkil edir.


Müəllif: Teleqraf.com