7 Noyabr 2014 16:09
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda fəallığı ilə seçilən 2 gənclər təşkilatı - Gənclər üçün Təhsil Mərkəzi və ASAN Könüllüləri Gənclər Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, bu münasibətlə keçirilən mərasimdə hər iki təşkilatın rəhbərliyi Azərbaycanda gənclər siyasətinə birgə tövfə vermək istiqamətində gələcək əməkdaşlıq prespektivlərini və konkret fəaliyyət planını müzakirə ediblər. Qeyd olunanlarla yanaşı, əhalinin sosial rifahı və rahatlılığını təmin edən “ASAN Xidməti” mərkəzlərinin yerləşdiyi regionlarda gənclərin bilik və bacarıqlarının artırılması, formal və qeyri-formal təhsil metodikasının təbliği istiqamətində birgə tədbirlərin həyata keçirilməsi əsas prioritet kimi müəyyənləşdirilib.

Memorandum ASAN Könüllüləri Gənclər Təşkilatı tərəfindən qurumun sədri Fərid Sadıqlı və Gənclər üçün Təhsil Mərkəzi tərəfindən icraçı direktor Fəxrəddin Həsənzadə tərəfindən imzalanıb.

Qeyd edək ki, əməkdaşlıq ilkin olaraq, qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar gənclərin maarifləndirilməsindən başlayacaqdır.

BƏXTİYAR


Müəllif: