Binəqədi rayonunda 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Binəqədi Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Qənirə Paşayeva, Madər Musayev, Rafael Cəbrayılov, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq-mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, əsgərlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub. Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında gerçəkləşən bayram tədbirində çıxış edən millət vəkili Qənirə Paşayeva qürur mənbəyimiz olan bayrağımıza bəslənən sevgidən danışıb. Millət vəkili bayrağa olan sevgini Vətən sevgisiniin əsas şərti kimi, bayrağı, Vətəni qorumaq və onun maraqlarını hər şeydən üstün tutmaq olduğunu diqqətə çatdırıb.
Bayram tədbiri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun çıxışı ilə davam edib. O, ölkə rəhbərinin Azərbaycanın tərəqqisi və çiçəklənməsi uğrunda yorulmaz fəaliyyətinin əsasında məhz Vətən sevgisi dayandığını vurğulayıb. Bayram tədbiri bədii hissə ilə yekunlaşıb.