Bakıda yağışlı hava şəraiti ilə bağlı əsas yollarda sürət həddi endirilib.
Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.
Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələrini xahiş edirik".