10 Sentyabr 2021 15:05
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab rüşvət alarkən yaxalanıb.

Bu barədə Mahir Xəttabın vəkili Mehman Muradlı deyib.

Vəkil bildirib ki, Mahir Xəttabla görüşüb və faktla bağlı maraqlanıb. Sayt rəhbəri etiraf edib ki, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Hazırda Mahir Xəttab barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə Binəqədi rayon Məhkəməsinə aparılır.

Vəkil bildirib ki, M.Xəttab barəsində həbs qətimkan tədbiri seçiləcəyi təqdirdə məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Xatırladaq ki, "Azadinfo.az" satyının rəhbəri Mahir Ələkbərli (Xəttab) sentyabrın 9-da axşam saatlarında saxlanılıb.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər