"Ebola" virusuna yoluxmuş Nyu-Yorklu həkim sağalıb.
Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, 33 yaşlı Kreyq Spenser noyabrın 11-də xəstəxananı tərk edəcək.
Kreyq Spenser Qvineyada “Sərhədsiz həkimlər” missiyasının tərkibində çalışıb. Bu ölkədə bir aya yaxın qalan amerikalı həkim Ebolaya yoluxan xəstələri müalicə edirmiş. K.Spenserdə Ebola virusu oktyabrın 23-də müəyyən edilmişdi. Hadisə Nyu-Yorklular arasında təlaşa səbəb olmuşdu.
Xəstəxanaya yerləşdirilməmişdən əvvəl K.Spenser əhalinin sıx olduğu yerlərə baş çəkməyə vaxt tapmışdı.