11 Noyabr 2014 07:00
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnkişaf etməkdə olan ölkələrdə uşaq ölümü halları əhəmiyyətli dərəcədə azalıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə BMT-nin demoqrafiya ilə bağlı keçirdiyi sorğunun nəticələri ilə bağlı yaydığı hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, əgər 1990-cı ildə 5 yaşından aşağı 12.7 milyon uşaq ölürdüsə, 2013-cü ildə bu göstərici 6.3 milyona enib. Bu isə gündə 17 min uşağın həyatını itirməsi deməkdir.

Stanford Universitetinin əhali sağlamlığı üzrə eksperti Eran Bendavidin dediyinə görə, orta və aşağı gəlirli ölkələrdə malyariya xəstəliyi və izahalın müalicəsi ilə vəziyyət dəyişib.

O, 54 ölkədə keçirilən demoqrafiya və səhiyyə sorğularına rəhbərlik edib. Sorğular 929 min ailədən 1.2 milyon qadın arasında keçirilib.


Müəllif:

Oxşar xəbərlər