29 Sentyabr 2021 00:01
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda zəlzələ qeydə alınıb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:48-də Zaqatala rayonunda qeydə alınıb.

Zəlzələ 3,1 maqnitudada baş verib.

***

23:39

Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, yeraltı təkanlar təxminən saat 22:55 radələrində Zaqatalada və Qax rayonunun kəndlərində baş verib. Zəlzələ hiss olunub. İlkin məlumata görə, zəlzələ təxminən 3,5-4 bal gücündə baş verib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, ölkə ərazisində son zəlzələ avqustun 18-də Zaqatalada 2,8 maqnitudada qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər