15 Oktyabr 2021 10:37
249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Bakıda azyaşlının narkotik maddə qəbul etməsinə dair iddialar yayılıb. Aparılan araşdırmalarla müəyyən edilib ki, azyaşlının narkotik vasitə istifadəsinə dair iddialar əsassızdır.

Teleqraf.com-un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, həmin azyaşlı anasının yanındadır:

"Onlar barəsində dəfələrlə profilaktik tədbirlər görülüb. Sığınacağa yerləşdirilməsi təklif olunsa da, o, bundan qəti imtina edib. Həmin uşaq və anası xroniki xəstəlikdən əziyyət çəkirlər. Ana və azyaşlı uşağın qanunvericiliyə uyğun olaraq, aidiyyəti qurumlar məlumatlandırılmaqla müvafiq xəstəxanaya yerləşdirilməsi, eləcə də həyat və sağlamlıqlarının nəzarətə götürülməsi istiqamətində tədbirlər görüləcək. Hazırda bu istiqamətdə ərazi polis orqanına müvafiq göstərişlər verilib."


Müəllif: Teleqraf.com