4 Noyabr 2021 23:26
341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət İmtahan Mərkəzi ilə YAŞAT Fondu arasında imzalanan Memorandumun əsas əməkdaşlıq sahələri açıqlanıb.

DİM-dən Teleqraf.com-a verilən məlumata görə, həmin əməkdaşlıq sahələri aşağıdakılardır:

1. Peşəkar səriştə, bacarıq və texniki bilik və digər sahələrdə öyrənmə və inkişaf imkanlarını araşdırmaq;

2. Şəhid övladlarına və qazilərə qayğı məqsədilə DİM tərəfindən təşkil olunacaq tədbirlərin hazırlanması və keçirilməsi üçün müvafiq mütəxəssislərin cəlb olunmasına köməklik göstərmək;

3. Şəhid övladlarının və qazilərin bilik və bacarıqlarını artırmaq, həmçinin karyeralarını yüksəltmək üçün yeni yollar araşdırmaq və yaratmaq;

4. Şəhid övladlarının və qazilərin akademik göstəricilərinin təhlilinə dair elmi konfrans keçirmək;

5. Potensialın artırılması təşəbbüsləri ilə məktəbli və tələbə olan şəhid övladları və qazilərin məşğulluğunu artırmaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər