26 Noyabr 2021 16:21
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhmədli meterostansiyasındakı bütün "BakıKart" ödəmə terminallarının qarşısında növbə yaranıb.

Metro istifadəçilərinin Teleqraf.com-a verdiyi məlumata görə, terminallar yalnız qəpiklə ödəniş qəbul edir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, müvəqqəti problem aradan qaldırıb:

"Əhmədli metrostansiyasında yerləşən "BakıKart" terminallarının kassasında dolma baş verdiyi üçün, aparat yalnız qəpiklə ödənişi qəbul edib. Problem lokal xarakter daşıyır. Hazırda ərazidəki bütün terminallarda ödəniş bərpa olunub".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər