30 Noyabr 2021 00:27
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 189 nəfər dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 358 816 nəfər test edilib, onların 24 317-nin koronavirus testi pozitiv nəticə verib, 23 273 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 120 261 629 peyvənd tətbiq edilib ki, bunun 90,59 faizi birinci, 81,21 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər