Təhsil Tələbə Kreditlərinin (TTK) verilməsi prosesi yeni başlayır.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, yüzlərlə tələbənin TTK-ya müraciət prosesi başa çatıb: "TTK-ların verilməsində problemlər iki qismə bölünür. Birincisi, sistem yeni olduğundan hər hansı bir çatışmazlıq və ya nöqsanların olması gözləniləndir. İkinci qism problemlrə isə anlaşılmazlıqla bağlıdır. Biz bildirmişik, tələbənin əgər sosial vəziyyəti ilə bağlı problem varsa, sosial kreditə müraciət etməlidir.
TTK-nın verilmə şərtlərində qeyd olunur ki, tələbənin akademik göstəriciləri yüksəkdirsə, ona həm ödədiyi faizdə güzəşt olunur və ya məbləğdən azad olunur".