22 Dekabr 2021 16:14
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzən hər hansı göstəriş olmadan uşaqlara kalsium metabalizmasını bilmədən kalsium verilməsi heç də yaxşı nəticəyə səbəb olmur".

Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.

E. Rəhimov mütəxəssis olaraq uşaqlara dərman vasitələrini ancaq ehtiyac olduğu təqdirdə verilməsinin tərəfdarı olduğunu vurğulayıb.

O bildirib ki, bəzən ehtiyac olmadan uşaqlara kalsium qəbulu məsləhət görülür:

“Qanda kalsimun göstəricisini ölçmədən dərman qəbulu bəzi uşaqlarda kalsium miqdarının yüksək olmasını müşahidə edirik. Kalsium artıqlığı böyrəklərdə duzlaşma və daş əmələ gətirir. Ona görə də dərman uşaqlara əsaslı şəkildə verilməlidir. Yəni hansısa uşaqda kalsium azlığı varsa, bu ancaq həkim məsləhəti ilə verilə bilər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər