23 Dekabr 2021 15:10
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyində yeni kadr təyinatı olub.

Teleqraf.com-un xəbərinə görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, general-mayor Raul Zeynalov FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad edilərək nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin edilib.

Qeyd edək ki, dekabrın 22-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla R.Zeynalova general-mayor ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, ilk xəbəri qaynarinfo.az saytı yazıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər