Hesabat dövründə korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmasına yol vermiş 492 şəxs barəsində 301 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev 2021-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirib.
Qeyd edib ki, 39 milyon 224 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib: “Həmçinin 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub, eləcə də cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 2 milyon 195 min manat məbləğində pul vəsaitinin ödənilməsi təmin olunub.