19 Noyabr 2014 21:57
1 843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada meyvə ağacları arasında quruma halları artıb. Xüsusilə, cavan alma ağacları xəstəlik üzündən quruyur. 48 yaşlı bağban İsa İsayev bildirir ki, Pars, Dəmgil, (ştofka kimi tanınan- "Yastıca") xəstəlikləri bağları bürüyüb və ağacların qurumasına səbəb olur.

Hektarlarla ərazidə əkilən ağaclar hazırda kökündən çıxarılır. Səbəb Yastıca xəstəliyidir. Yastıca sürətlə yayılan xəstəlik olduğundan meyvənin özünə də ləkə salır.

Digər bağban 52 yaşlı Tahir Müslümov isə bildirir ki, xəstəlik ən çox dərmanın keyfiyyətsizliyindən yaranır. Bundan əlavə susuz qalan bağlar xəstəliyin yayılmasına səbəb olub.

Aqrar məsələlər üzrə mütəxəssis Mədət Qurbanov bildirir ki, "Yastıca" zərərvericisi həşəratın bir növüdür, Bundan başqa Qara xərçəng, Titosiporoz və Alternarioz kimi xəstəliklər də mövcuddur.

Bağbanlar qurumuş ağacları kəsir, ya da kökündən çıxarırlar.

Xəstəliyin sağalmaz olduğunu bilən bağbanlar meyvələrin digər növlərini əkməyi fikirləşirlər.

Emin Kərimov
Quba


Müəllif:

Oxşar xəbərlər