17 Yanvar 2022 11:10
230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Teleqraf.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər, o cümlədən Bakı şəhərinin Nəsimi rayonunda intihara cəhd edən 1 nəfər xilas olunub. Həmçinin, Mingəçevir şəhərində ikimərtəbəli yaşayış binasında yerləşən mənzildə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsində zamanı evdə olan 2 nəfər müxtəlif xəsarətlər alıb.


Müəllif: Teleqraf.com