22 Yanvar 2022 19:00
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər birimiz ürək infarktından qorunmağa çalışırıq. İnfarkt tibbin inkişaf etməsinə baxmayaraq, bütün dünyada xəstəliklər arasında lider mövqe tutur.

Teleqraf.com xəbər verir ki, ürək infarktının inkişafının səbəbi qan damarlarının xolesterol parçaları ilə tıxanmasıdır. Bu parçalar yağlı qidaların həddindən artıq istehlakı nəticəsində əmələ gəlir. Çoxsaylı tədqiqatlar göstərir ki, həmin xolestrol löhvələri karbohidratların həddindən artıq istehlakı nəticəsində əmələ gəlir.

Əsas və ən istifadə olunan zərərli karbohidratlardan biri də ağ çörəkdir. Ağ çörəyin normada istehlakının səhhətinizə ziyan verməsi mümkün deyil. Lakin qədərindən artıq ağ çörək yemək orqanizm üçün sui-qəsdə bərabərdir.

Ağ çörəyin qədərindən artıq istifadəsi problemlərə səbəb ola bilər. Bunlar arasında piylənmə, qan damarlarının tıxanması, ürək və qan damarlarının xəstəliklərinə səbəb olacaq xolesterol mübadiləsinin pozulması, ürək-damar xəstəliklərinin inkişafına yol açan şəkərli diabetin inkişafı yer alır. Həmçinin bu zərərli karbohidrat toplusunun tərkibindəki qlüten mədə-bağırsaq traktının işini poza bilər. Eyni zamanda, həddindən artıq ağ çörək istehlak etmək hər ailədə ən azı 1 üzvə təsir edən arterial təzyiqin artmasına yol açır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər