Azərbaycanın nümayəndə heyəti forumun işini boykot edib; ermənipərəst çex təşkilatı aralığı qatdı; Gürcüstan prezidenti tədbirə qatılmadı.
Bu gün Gürcüstanın Batumi şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda qalmaqal yaşanıb. Bu barədə musavat.com-a forumda iştirak edənlərdən biri, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu xəbər verib.
Azərbaycanın nümayəndə heyəti forumun işini boykot edib; ermənipərəst çex təşkilatı aralığı qatdı; Gürcüstan prezidenti tədbirə qatılmadı. Bu gün Gürcüstanın Batumi şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda qalmaqal yaşanıb. Bu barədə musavat.com-a forumda iştirak edənlərdən biri, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu xəbər verib. Baş redaktorun sözlərinə görə, Çexiyanın ermənipərəst People in Need təşkilatı foyedəki stendə Azərbaycana dair tənqidi plakatlar asıb. Plakatlardan birində Azərbaycan prezidenti təhqir edilib. Azərbaycandan gedən nümayəndə heyəti buna etiraz edərək, foruma qatılmaqdan imtina edib. Onlar bildiriblər ki, insan haqlarının pozulmasına dair hallar, başqa ölkələrdə, məsələn, Belorusda, Ermənistanda, Gürcüstanda, hətta Çexiyada da var, nəyə görə məhz Azərbaycana qarşı ayrı-seçkilik edilməlidir. İştirakçılardan biri - Səlim Babayev isə üzərində Azərbaycan prezidentinin fotosu olan plakatı qopararaq, "müsadirə" edib. Çexlər polisə müraciət ediblər. Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Vüqar Bayramov müsavat.com-a bildirib ki, forumun proqramında bu yoxdur və məsələ qərəz məsəsləsidir: "Bu təşkilat Avtopada ermənipərəst kimi tanınır. Təşkilatı Dağlıq Qarabağ ermənilərini əsas nümayəndə heyəti kimi Foruma salmağa çalışırdı. Forumdan əvvəl bu cəhdin qarşısını aldıq. Lakin bu hərəkət heç bir ölçüyə sığmlr. Ona görə də forumu boykot edirik". R. Arifoğlu musavat.com -a deyib ki, Azərbaycanın 25 nəfərlik nümayəndə heyətindən forumda cəmi 5 nəfər iştirak edir: "Mən onların da mövqelərini öyrəndim. Dedilər ki, bu adi demokratiya hadisəsidir, bu qədər böyütməyə gərək yoxdur. Foruma qatılmayanların bəziləri isə Prezident Administrasiyasından idarə olunurlar, iqtidar yönlüdürlər. Lakin mənim müşahidəm göstərir ki, qatılmayanların əksəriyyəti müstəqil və müxalif yönümlüdürlər. Sadəcə onlar, ölkələrinin imicləri ilə bu cür rəftara və ayrı-seçkiliyə etiraz edirlər". Azərbaycan nümayəndə heyəti bir neçə televiziyaya müsahibə veriblər. Ermənilər skandalı yaxından izləyirlər. Rauf Arifoğlu Forumda Gürcüstan prezidentinin və baş nazirinin iştirak etməməsinə də diqqət çəkib. Onun öyrəndiyinə görə, məhz foyedə baş verən bu skandala və nümayəndə heyətlərinin çəkişmələrinə görə Gürcüstan prezidenti və rəsmilər Foroma qatılmayıblar. Çünki cexlər polisə şikayət ediblər ki, azərbaycanlılar onları vurub (Səlim Babayevdən bu mövzuda şikayət olunub). Müxbirimiz deyir ki, bütün skandalı Ermənistan Pen Klibun prezidenti, Forumdakı erməni nümayəndə heyətinin koordinatoru Boris Novosardyan idarə edir.