20 Noyabr 2014 15:57
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman nazirliyinin dəstəyi ilə Gənc Hüquqşünaslar Birliyi “Gənclərin hüquqi maairfləndirilməsində innovativ metodların vasitəsi ilə dəstək” adlı layihə həyata keçirir.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, layihənin əsas məqsədi gənc hüquqşünasların bilik və bacarıqlarının artırılması, qanunvericilik sahəsində onların elektron və kağız daşıyıcılarından istifadə imkanlarının genişləndirilməsidir.

Həyata keçirilən layihə çərçivəsində hər bir kitabın 1000 tirajla nəşr edilməsi planlaşdırılır. Ümumilikdə layihədə 12 adda kitab nəşr ediləcəkdir. Bu kitablar aşağıdakılardır:

1. “Gənclər üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş hüquqi testləşdirilmiş yaddaş”;
2. “Gənclər üçün dövlət qulluqçuları və hüquq mühafizə orqanları əməkdaşlarının etik davranış kodekslərinə dair testləşdirilmiş yaddaş”;
3. “Gənclər üçün cinayət hüququ üzrə testləşdirilmiş yaddaş”;
4. “Gənclər üçün beynəlxalq hüquq üzrə testləşdirilmiş yaddaş”;
5. “Gənclər üçün insan hüquqlarına dair testləşdirilmiş yaddaş”;
6. “Gənclər üçün mülki qanunvercilik üzrə testləşdirilmiş yaddaş”;
7. “Qadın və uşaq hüquqlarına həsr olunmuş testləşdirilmiş qanunvercilik”;
8. “Könüllü nəyi bilməlidir?” adlı qanunvercilik və könüllü statusuna dair testləşdirilmiş və informativ yaddaş;
9. “Azərbaycanın dövlət quruluşu, dövlətçilik, dövlətin əsaslarına dair testləşdirilmiş qanunvercilik”;
10. “İnsan hüquqları üzrə Avropa Məhkəməsinin əmək hüquqları sahəsində çıxardığı qərarlar toplusu”;
11. “Qaçqınların statusunun müəyyənləşdirməyin prosedurları və meyarları haqqında təlimat – konvensiya və protokol”;
12. “Qaçqınların beynəlxalq himayəsi” adlı yaddaş kitabı.

Kitablar çap olunduqdan sonra gənc hüquqşünaslar üçün kitabların təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər