Fevral ayının 3-də Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş Nabatəlizadə Ceyhun Şahin oğlu qeyri-döyüş şəraitində vəfat edib.
DSX-dən Teleqraf.com-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri hadisə yerinə ezam olunublar.
"Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir", - məlumatda qeyd edilir.