3 Fevral 2022 16:26
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və idman naziri Fərid Qayıbov blogerlərlə görüşüb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, o, görüşdən öncə Binəqədi Gənclər Evinin fəaliyyəti ilə tanış olub, burada yaradılmış şəraitlə maraqlanıb və mərkəzin xidmətindən istifadə edən gənclərlə söhbət edib.

Görüşdə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 10-dan çox bloger iştirak edib. Onların suallarını cavablandıran nazir sosial media mövzusunda mövcud problemlərlə bağlı müzakirələr aparıb.

Maraqlı ideya və təkliflərlə çıxış edən bloqerlər öz fəaliyyətləri barədə danışıb, onları narahat edən məsələlər haqqında məlumat veriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər