Baş Prokurorluğun vəzifəli şəxsləri instagram sosial şəbəkəsində vətəndaşların suallarına cavab verəcək.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Vətəndaşlar arasında keçirilmiş sorğu zamanı maksimum səs yığan Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi Orxan İsayev, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova və mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə fevralın 15-də Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində saat 11:00-dan saat 12:00-dək canlı yayıma çıxaraq sizi maraqlandıran suallarını cavablandıracaqlar.