Yaz fəslində burun qanamalarının sayı artmağa başlayır.
Teleqraf.com xəbər verir ki, burun qanamaları, yaş və cinsindən asılı olmayaraq həm böyüklərdə, həm də uşaqlarda rast gəlinir.
Burun qanamaları iki qrupa bölünür: ön burun qanamaları və arxa burun qanamaları.
Ön burun qanamalarının əksəriyyəti, burunun orta hissəsindəki arakəsmədə incə damarların zədələnməsi nəticəsində tək tərəfli olaraq müşahidə edilir. Bu bölgədəki damarlar səthi yerləşdiklərinə görə burunun təmizlənməsi zamanı və dırnaqla toxunduqda belə zədələnə bilər. Bu qanamalar burundan xaricə doğru axır. Daha çox uşaq və yeniyetmələrdə rast gəlinir.
Arxa burun qanamaları isə orta və yuxarı yaş qrupunda,xüsusən hipertoniya xəstəliyi olanlarda görülür.