"Avtomobili işıqlandırılmayan, mühafizə olunmayan yerlərdə saxlamaq, avtomobilin açar-pultunu uşağa vermək, yaxud əlçatan etmək cinayətkara fürsət yaradır. Bununla qaranlıq küçədə, mühafizə olunmayan yerdə, oğru açıq qapıdan və pəncərədən daxil olmaqla avtomobili rahat talaya bilər".
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirib.
"Bundan başqa, hər hansı əşyanı avtomobilin içərisində görünən yerdə saxlamaq diqqət cəlb edə bilər. Bunlar viktimologiyadır", - DİN rəsmisi qeyd edib.