Mart ayının 7-də Laçın rayon sakini Tutu İbrahimovanın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə müraciət daxil olub. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində T.İbrahimovanın olduğu yer müəyyən edilərək tapılıb və rayon polis şöbəsinə gətirilib.
DİN-in Mətbuat Xidmətindən Teleqraf.com-a bildirilib ki, fakt üzrə Laçın RPŞ-də cinayət işi başlanılıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.