Bu gün Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) əşyalarını yığmağa gəlmişdi.
Bunu Teleqraf.com-a açıqlamasında AMEA-nın mətbuat katibi Azadə Balayeva deyib.
Onun sözlərinə görə, Ramiz Mehdiyev bu gün AMEA-nın iclasında iştirak etməyib:
“Ramiz Mehdiyev akademiyanın həqiqi üzvüdür. Bu gün isə əşyalarını toplamağa gəlmişdi”.
***
14:40
Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev bu gün saat 12-də AMEA-ya gəlib.
O, hazırda akademiyanın prezidenti vəzifəsini icra edən Arif Həşimovla və akademiyanın digər bir neçə əməkdaşı ilə AMEA prezidentinin kabinetindədirlər.
Qeyd edək ki, R.Mehdiyev ötən ay AMEA prezidenti vəzifəsindən istefa verib./Unikal/