Sabah Azərbaycandan növbəti qrup Ümrə ziyarətinə yola düşür.
Bu barədə Teleqraf.com-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, qrupa 32 nəfər zəvvar daxildir. Zəvvarların martın 26-da geri dönmələri nəzərdə tutulur.
O da bildirib ki, Ümrə ziyarəti üçün əvvəl tələb edilən PSR testi artıq tələb edilmir, lakin COVID pasportu tələbi yerində qalır.