20 Mart 2022 00:46
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eşitmə sistemi müəyyən səs mühitinə və səs diapazonuna reaksiya verəcək şəkildə fəaliyyət göstərir. Bu səbəbdən uzun müddət davam edən yüksək intensivlikli səslər eşitmə sisteminə qalıcı ziyan vura bilər.

Teleqraf.com-un məlumatına görə, mütəxəssislərin araşdırmaları nəticəsində məlum olub ki, qulaqlıqla yüksək tempdə səs dinləmək tinnitus və daimi eşitmə probleminə səbəb ola bilər.

Eşitmə itkisinin ən çox yayılmış səbəblərindən biri həddindən artıq səs-küyə məruz qalmaqdır. Bu nöqtədə səsin tezliyi, intensivliyi və müddəti çox önəmlidir. Xüsusilə dülgərlik kimi yüksək səslə istehsalat işi aparan fabrik işçiləri, yüksək səsli əyləncə mərkəzində musiqi ifa edən işçilər karlaşma riski ilə üzbəüzdür.

Eşitmə itkisində genetik faktorlar da mühüm rol oynayır.

Yüksək səslə musiqi dinləmək eşitmə itkisinə səbəb ola bilər. Xüsusilə qulağı tamamilə bağlayan qulaqlıqlar qulaq kanalında səs təzyiqini artıraraq qulağın sağlamlığını riskə atır. Bu mövzuda aparılan araşdırmalar göstərir ki, uzun müddət yüksək səslə musiqi dinləmək tinnitus və daimi eşitmə itkisinə səbəb ola bilər.

Musiqiçilər də dinləyicilər qədər risk altındadır. Aparılan araşdırmalara görə, klassik musiqi ilə maraqlanan musiqiçilərin təxminən yarısında müxtəlif intensivliklərdə eşitmə qabiliyyətinin azalması müşahidə olunur. Bu səbəblə səs-küylü mühitlərdə işləyən, uzun müddət qulaqlıqla musiqi dinləyən, çox yüksək olmasa da, davamlı olaraq müəyyən səslərə məruz qalan, musiqi ilə peşəkarcasına maraqlanan şəxslərin eşitmə qabiliyyətinin yoxlanılması tövsiyə olunur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər