8 May 2022 12:42
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çoxlarımız “Nokia” adını eşitdikdə ağlımıza sadəcə telefon markası gəlir.

Telıeqraf.com bu adın mənşəyi ilə bağlı maraqlı faktları təqdim edir.

19-cu əsrdə “Nokia”

“Nokia” 1865-ci il mayın 12-də tək kağız fabriki olaraq əsası qoyulmuş Finlandiya şirkətidir. 19-cu əsrdə şirkət genişləndirilərək bir neçə fərqli məhsullar istehsal etməyə başlayır.

20-ci əsrdə “Nokia”

1967-ci ildə elektronika istehsalçısı olan “Nokia” şirkəti qurulur. 20-ci əsrin sonlarında şirkət kompüterlərin və mobil telefonların artan populyarlığından istifadə etməyi qərara alır. Lakin artan rəqabət və digər bazar qüvvələri şirkətin biznes siyasətinə təsirsiz ötüşmür. 2014-cü ildə “Nokia”nın mobil telefon biznesini “Microsoft” şirkəti satın alır.

Lakin sizi 2 əsr əvvələ aparıb, şirkətin tarixi haqqında məlumat verək.

1865-ci ildə mədən mühəndisi Fredrik İdestam, Finlandiyanın cənubundakı Tampere qəsəbəsində Tammerkoski çayının sahilində ağac sellülozu zavodu inşa edir. Daha sonra Fredrik İdestam Nokia qəsəbəsinin yaxınlığında ikinci bir dəyirman tikir. Bu dəyirman Nokianvirta çayı kənarında yerləşir. 1871-ci ildə dövlət adamı, İdestamın dostu, Leo Mechelin adlı biri İdestamın şirkətlərini satın alaraq “Nokia Ab” adı ilə MMC yaradırlar.

1800-cü illərin sonunda Leo Mechelin şirkəti elektronika sahəsində inkişaf etdirməyi qərara alır. İdestam bu fikri rədd etsə də 1896-cı ildə təqaüdə çxıır və şirkətə Mechelin rəhbər təyin olunur. O, 1898-1914-cü illər arasında şirkəti idarə edir. Bu müddət ərzində digər şəriklərini də şirkəti elektronika sahəsində irəlilətməyə razı salır. 1902-ci ildə “Nokia” elektrik istehsalına başlayır.

Finlaniyanın biznes lideri “Nokia”nın yanında Finlandiya Kauçuk Fabrikini qurur. Üstəlik, fabriki quran zaman şəhərin adından istifadə edir. Birinci Dünya müharibəsindən sonra “Nokia” şirkəti iflasa doğru getdiyi zaman Finlandiya Kauçuk Fabriki şirkəti satın alır.

1932-ci ildə fabrik “Finlandiya Kabel İşləri”ni satın alır. Şirkət telefon, teleqraf və elektrik kabelləri istehsal etməyə başlayır.

1967-ci ildə üç şirkətin birləşməsi nəticəsində “Nokia Korporasiyası” qurulur. Yeni şirkət, kağız məhsulları, avtomobil və velosiped şinləri, rezin çəkmələr, rabitə kabelləri, televizorlar və digər məişət elektronikası, fərdi kompüterlər, generatorlar, robot texnikası, hərbi texnologiya və avadanlıqları, Finlandiya ordusu üçün M61 qaz maskası, plastik, alüminium və kimyəvi maddələr istehsal etməyə başlayır.

Sonrakı 15 ildə sonra şirkət telefon istehsalına fokuslanır.

1970-ci illərdə “Nokia” telefon sənayəsində rəqəmsal açar olan “Nokia DX 200” modelini istehsal edir. İsrailin “Check Point” şirkəti 1998-ci ildə “Nokia” ilə əməkdaşlığa başlayır.

1960-cı illərdə “Nokia” kommersiya və hərbi mobil simsiz telefonlar istehsalına başlayır. 1970 və 1980-ci illərdə Nokia Finlandiya Müdafiə Qüvvələri üçün rəqəmsal, portativ və şifrəli mətn əsaslı rabitə cihazı olan mesajlaşma sistemini təkmiləşdirir.

Şirkət 1979-cu ildə "1G" adlı mobil telefonlar hazırlayır və bu, ilk tam avtomatlaşdırılmış mobil telefon sistemi kimi tarixə düşür.

Qeyd etdiyimiz kimi, şirkət bir çox sahələrdə fəaliyyət göstərirdi. Televizor istehsalında iqtisadi çətinliklər yaşayan şirkət xeyli zərərlə üzləşir. Kağız istehsal edən fabriki 1989-cu ildə satılır. 1990-cı ildən sonra şirkət yalnız telefon istehsalına köklənir.

21-ci əsrdə “Nokia”

Şirkət 2000-ci ilin mayında Macaristanın Komarom vilayətində mobil telefon fabrikini açır.

Zamanla şirkət istehsalını təkmilləşdirərək GSM 2G şəbəkəsini təqdim edir. 2008-ci ildə şəbəkənin 3 milyarda yaxın istifadəçisi olur.

Zamanla şirkət telefon istehsalında işini daha da təkmilləşdirdi və VGA kamera, Bluetooth, artırıla bilən yaddaş, 3G, ön kamera kimi funksiyaları əlavə etdi.

2008-ci ilin aprelində “Nokia” mobil film çəkilişi layihəsinə start verir. 14 oktyabr 2008-ci ildə Los Ancelesdəki Nokia Teatrında nümayiş etdirilən filmin rejissoru Spike Li idi. Təxminən 15 dəqiqəlik film ictimaiyyətə təqdim olunan telefonlarda hazırlanmış qısa kadrlarda ibarət idi. Filmin mövzusu "İnsanlıq" idi.

Artıq bu müddətdə bir çox ölkədə filalını açan “Nokia” 2008-ci ildə Yaponiyaya telefon ixracını dayandırır.

2012-ci ilin fevralında “Nokia” 4 mindən çox işçini işdən çıxaracağını açıqlayır. 2012-ci ildə Finlandiyadakı fabrikdə min işçini işdən azad edirlər. 2013-cü ilin sonunda bu say 10 minə çatır.

Amma ağıllı telefonların istehsalı “Nokia”nın bazarına təsir göstərir. 2010-cu ildən etibarən “Nokia”ya qarşı ticari təzyiqlər artır. “Samsung”, “Sony Ericsson” kimi momandalar android əməliyyat sistemi ilə telefonlar istehsal edərək “Nokia”nı geridə qoymağı bacarırlar.

Xüsusilə 2011-ci ildə “Apple” “Microsoft” ilə əməkdaşlıq edərək daha çox ağıllı telefon istehsal etməsi “Nokia”nın alıcılıq qabiliyyətinə ciddi təsir edir. Beləliklə 2011-ci ildə Nokia 3 500 nəfəri işdən çıxarır və Rumuniyadakı fabriki işini dayandırır.

Şirkət hazırda fəaliyyətini davam etdirsə də, istehsal etdiyi məhsullara əvvəlki maraq yoxdur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər