8 May 2022 10:55
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İtaliya ilə strateji əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edir.

Teleqraf.com xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə edilən paylaşımda qeyd olunub.

“Bu gün Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə İtaliya Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Strateji əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edirik”, - XİN-in paylaşımında vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər