177 saylı bağça müdirinin rəhbəri Lalə Hüseynova bağçaya qəbul üçün hər uşaqdan 500 manat alındığına dair iddialara cavab verib.
Lalə Hüseynova Teleqraf.com-a açıqlamasında sözügedən bağça ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.
Direktor bildirib ki, yayılan səs yazısı onun rəhbərlik etdiyi bağçanın əməkdaşına aid deyil: "Həmin görüntülərdə sadəcə bizim bağçanın fotosu əks etdirilib və guya əməkdaşımızın danışdığı iddia olunur, bu, sadəcə montajdır. Bağçamıza uşaq qəbulu pulsuzdur və qanunauyğun olaraq aparılır".
Qeyd edək ki, 177 saylı bağça barədə əsassız məlumat yayan saytlar yanlış informasiyaya görə üzr istəyib.