Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata kecirilən “Təmiz Şəhər Naminə” adlı layihə yekunlaşıb.
Teleqraf.com-un məlumatına görə, Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Təmiz Şəhər Naminə” adlı layihəsi, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Avrasiya Universiteti, Azərbaycan Pedaqoji Universitetlərində baş tutub. Layihənin rəhbəri Türkan Məmmədxanlı bildirib ki, ekologiya mövzusu çox aktual və mühim məsələdir:
“Çünki yaşadığımız mühitdə ekologiya nə qədər təmiz olsa, bir o qədər sağlam yaşayarıq. Buna görə hər birimiz ekologiyanı qorumalı, təmiz saxlamalıyıq. Prezident İlham Əliyev də ekologiya sahəsinə xüsusi diqqət və qayğı göstərir. Bunun nəticəsində respublikamızda ekologiyanın qorunub saxlanılması məqsədi ilə həm milyonlarla ağac əkilib, həm də atmosferi korlayan sənaye müəssisələri müasir standartlara cavab verərək təkmilləşdirilib, yenidən bərpa olunub”.
BƏXTİYAR