Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Mərkəzdən bildirilib.
H.Əliyev prospekti əsas və kənar yol şəhər istiqamətində sıxlıq müşahidə edilir.
Bakı-Sumqayıt şossesi, "20 Yanvar" istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Ə.Əliyev küçəsi Neftçilər prospektinin kəsişməsində sıxlıq var.
Y.Səfərov küçəsi - H.Əliyev prospekti istiqamətində sıxlıq yaranıb.
Babək prospekti ilə H.Əliyev prospektinin kəsişməsində sıxlıq müşahidə edilir
R.Behbudov küçəsində sıxlıq var.
R.Bünyadov prospekti "20 Yanvar" istiqamətində sıxlıq müşahidə olunur.
A.Salamzadə küçəsi Ziya bünyadov prospekti istiqamətində sıxlıq var
28 May küçəsində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.