Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) sədrinn strateji inkişaf, investisiya layihələri və logistika üzrə müavini Fərhad Quliyev vəzifəsini tərk edib.
Teleqraf.com xəbər verir ki, hələlik onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, ASCO-da müavinlərin sayı 4-ə düşüb. Bunlar I müavin Mübariz Cabbarov, iqtisadi məsələlər üzrə müavin Cəlal Fərəcli, rejim üzrə müavin Nəzrəddin Əhmədzadə və ümumi məsələlər üzrə müavin Cəbrayıl Mahmudludur. QSC-yə isə Rauf Vəliyev rəhbərlik edir.