“Vaxtilə keçmiş Prezident Əbülfəz Elçibəy 4 helikopter istəyəndə göndərə bilmədik. Amma Türkiyə bu gün Azərbaycan Prezidentinə “Qarabağ məsələsində yanınızdayıq” deyə bildi”.
Teleqraf.com xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım deyib.
“Türkiyə bu mövqeyə asanlıqla gəlməyib. Biz insanların gözünün rənginə deyil, göz yaşlarına baxırıq. Bu göz yaşları həmişə eyni rəngdədir. Odur ki, biz türkdilli dövlətlər olaraq həmişə həmrəy olacağıq”, - Yıldırım qeyd edib.