Gələn il TÜRKPA-nın komitə iclası Şuşa şəhərində keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, iclasın may-iyun aylarında keçirilməsi nəzərdə tutulur:
“Hörmətli sədr, bu məsələni sizinlə də müzakirə etməliyik”.