17 İyun 2022 12:38
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə il əvvəl məsələ qaldırdım ki, sosial sahədə problem var və onlar həll edilməlidir. Amma təəssüflər olsun ki, həll olunmadı.

Teleqraf.com xəbər verir ki, bunu deputat Vahid Əhmədov “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsini ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, sonradan vitse-spiker Əli Hüseynlinin rəhbərliyi ilə 10-15 deputat toplaşaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müzakirə olunması təklifi edilib.

Əhmədov bildirib ki, Milli Məclisdə büdcə məsələsi müzakirə edilib və onlar da fikirlərini bildirib: “Mən təklif edirəm ki, məsələ dayandırılsın və səsə qoyulsun”.


Müəllif: Nemət