Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində yaxın zamanlarda müəyyən dəyişikliklər nəzərdə tutulur.
Teleqraf.com-un məlumatına görə, bunu mədəniyyət və turizm naziri Әbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Ə.Qarayevin sözlərinə görə, nazirliyin daxilində tarixi abidələrlə bağlı xüsusi qurumun yaradılması planlaşdırılır: "Nazirlikdə informasiya şöbəsinin də yaradılması nəzərdə tutulur. Bu gün biz öz işlərimizi təbliğ edə bilmirik. Bu işdə KİV nümayəndələri də iştirak etməlidirlər".
Nərmin