6 Avqust 2022 12:10
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu Ağstafa rayonunda Şəhidlər xiyabanında dəfn olunub.

Teleqraf.com xəbər verir ki, dəfn mərasimində şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.

Yaylım atəşindən sonra tabutun üzərindəki üçrəngli bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib.

10:42

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Əliyev Tahir Çingiz oğlu ilə vida mərasimi keçirilir.

Teleqraf.com Publika.az-a istinadla xəbər verir ki, şəhid hərbiçimizlə vida mərasimi doğulub boya-başa çatdığı ata evində Ağstafa rayonunun Xətai kəndində keçirlir.Vida mərasimində şəhidimizin tanıyanlar,dostları, hərbiçi yoldaşları, rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak edir. Hərbiçimiz şəhidlər xiyabanında torpağa tapşırılacaq. Məlum hadisədən sonra mərhum hərbiçimizə şəhid statusu verilib.

Allah rəhmət eləsin


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər