9 Avqust 2022 10:40
264
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Püşkatmanın nəticəsinə əsasən komandaların müsabiqənin mərhələ və epizodlarının icrası üzrə. sıralanması müəyyənləşdirilib.

Həmçinin artilleriyaçılarımız atıcı silah və təchizatları da qəbul ediblər.

Qeyd edək ki, beynəlxalq müsabiqədə 9 ölkənin komandası mübarizə aparacaq.


Müəllif: Teleqraf.com