10 Avqust 2022 16:39
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada koronavirusa 534 yeni yoluxma qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan 6 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 803 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 790 193 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 196 nəfərdir.

Ölkədə son sutka ərzində 4 587, hazırkı dövrədək isə 7 080 772 test aparılıb.

Qeyd edək ki, ötən gün ölkədə yoluxma sayı 563 olub.


Müəllif: Teleqraf.com