“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Qəbələ rayonunda vətəndaş qəbulu keçirəcək.
Bu barədə Teleqraf.com-a SOCAR “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, sentyabr 5-də saat 11:00-da Qəbələ şəhəri, Mədəniyyət Mərkəzində baş tutacaq görüş zamanı Qəbələ və Oğuz sakinlərinin müraciətləri dinləniləcək. Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinə (tel: 024- 22-4-02-62; 024-20-5-01-70) müraciət edə bilərlər.