2 Sentyabr 2022 22:38
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi abonentlər tərəfindən müraciət ünvanlamağın ən asan yolu sayılan “Açıq mikrofon” aksiyası bu dəfə Daşkəsən rayonunda baş tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə SOCAR "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, aksiyada diqqət çəkən məqamlardan biri Kəmalə Cəfərovanın xahişi olub.

O, yataqxana tipli yaşayış binasının qazlaşdırılması barədə müraciətlə çıxış edib. Digər müraciətlərdən 7-si isə Daşkəsən rayonunun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Muşavaq, Əhmədli, Dardərə, Zəylik, Çovdar və Dəstəfur kəndlərinin qazlaşdırılması barədə olub.

“Səyyar qəbul otağı”nın sonuncu 4 müraciətin məğzini isə Lamiyyə Hacızadə, Asəf Abbaszadə və İlqar Qasımovun fərdi yaşayış evlərində istismarda olan sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarının əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacları ilə əvəz olunması təşkil edib.

Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər