13 Sentyabr 2022 11:15
278
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR “Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon”​ aksiyası Quba rayonunun ucqar Cimi kəndində baş tutub.

İB-dən Teleqraf.com-a verilən məlumata görə, baş direktor Ruslan Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və millət vəkili Vahid Əhmədov ilə birlikdə sözügedən kənddə vətəndaşlarla görüş keçiriblər.

Sakinlər çətin relyef şəraitində yerləşən kənddə payız-qış mövsümlərinin daha sərt keçdiyini bildirərək bu kəndin qazlaşdırılması ilə bağlı onlara köməklik edilməsini xahiş ediblər. Birlik rəhbəri vətəndaşlara qazlaşdırılma işlərinin bütün regionlarda mərhələli şəkildə icra olunduğunu qeyd edib.

Daha sonra Ruslan Əliyev yaxın günlərdə sözügedən kənddə qazlaşdırılma işlərinin başlayacağı ilə bağlı xəbəri vətəndaşların diqqətinə çatdırıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər